Qazaxın bəzi kəndlərində qazın verilişi dayandırılıb

Qazaxın bəzi kəndlərində qazın verilişi dayandırılıb
SOSİAL
22:42 20.07.2025
779
Qazaxın bəzi kəndlərində qazın verilişi dayandırılıb.

AZXEBER.COM xəbər verir ki, rayonunun Qaymaqlı, Birinci Şıxlı, İkinci Şıxlı, Kəmərli, Aslanbəyli və Yuxarı Salahlı kəndlərində mavi yanacağın verilişində məhdudiyyətlər yaranıb.

Buna səbəb kimi Qazax-Saquramo qaz boru kəmərində yaranan sızma göstərilir.

Qeyd edək ki, hazırda problemin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Sözügedən kəndlərdə ümumilikdə 4 500-dən çox abonent var.
OXŞAR XƏBƏRLƏR