Qazaxıstan çempionatının qalibi müəyyənləşdi

Qazaxıstan çempionatının qalibi müəyyənləşdi
DÜNYA
19:33 30.10.2021
419
Futbol üzrə Qazaxıstan çempionatında mövsümə yekun vurulub.

Sonuncu - XXVI turda "Topol" səfərdə "Akjayık"la üz-üzə gəlib.

Rəqibini 2:0 hesabı ilə üstələyən qonaqlar xallarının sayını 61-ə çatdırıb mövsümü ilk pillədə başa vurub. Beləliklə, "Tobol" tarixində ikinci dəfə Qazaxıstan çempionu adını qazanıb.

Sonuncu turda "Turan"la 1:1 hesablı heç-heçə edən "Astana" 57 xalla ikinci, "Jetısu" ilə qolsuz bərabərə qalan "Kayrat" isə 51 xalla üçüncü yeri tutub.

Qeyd edək ki, "Kayrat" UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"ı qəbul edəcək. III turda Ağdam təmsilçisi Bakıda rəqibini 2:1 hesabı elə məğlub edib.
OXŞAR XƏBƏRLƏR