Qazaxıstan İran vətəndaşları üçün iki həftəlik vizasız rejim tətbiq edir

Qazaxıstan İran vətəndaşları üçün iki həftəlik vizasız rejim tətbiq edir
DÜNYA
15:28 19.06.2022
224
Qazaxıstan İran vətəndaşları üçün 14 gün müddətinə vizasız rejim tətbiq edir.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Tehranda iranlı həmkarı İbrahim Rəisi ilə keçirdiyi görüşdə deyib.

"Biz İran vətəndaşları üçün 14 gün müddətinə vizasız rejim tətbiq edirik. Bu tədbir müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, o cümlədən işgüzar dairələrin nümayəndələri arasında əlaqələrin intensivləşdirilməsi, çoxlu sayda turistin cəlb edilməsi məqsədi daşıyır", - Tokayev bildirib.

Qeyd edək ki, Qazaxıstan lideri bu gün İrana rəsmi səfər edib.
OXŞAR XƏBƏRLƏR