Qazaxıstan ölkədən qanunsuz çıxarılan vəsaitləri geri qaytaracaq

Qazaxıstan ölkədən qanunsuz çıxarılan vəsaitləri geri qaytaracaq
DÜNYA
21:26 05.06.2022
520
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev respublikadan qanunsuz yollarla çıxarılan aktivlərin qaytarılması ilə məşğul olacaq idarələrarası komissiyanın yaradılması haqqında fərman imzalayıb.

Bu barədə bazar günü dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

"Prezident Kasım-Jomart Tokayevin fərmanı ilə Qazaxıstan vətəndaşlarının xaricə qanunsuz çıxardıqları vəsaitlərin qaytarılması üzrə kompleks işlərin aparılması üçün Baş prokurorun rəhbərlik etdiyi idarələrarası komissiya yaradılıb”, - məlumatda bildirilib.

Mətbuat xidməti onu da qeyd edib ki, prezident komissiyanın fəaliyyətinə şəxsən nəzarət etmək niyyətindədir.
OXŞAR XƏBƏRLƏR