Qazaxıstan prezidenti Azərbaycana yeni səfir təyin edib

DÜNYA
18:10 11.02.2013
1277

APA-nın məlumatına görə, Amangəldi Jumabayev Qazaxıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin olunub. Qeyd edək ki, 2008-ci ildən Qazaxıstanın ölkəmizdəki diplomatik missiyasına Serik Primbetov rəhbərlik edirdi. Yeni səfir Jumabayev bundan əvvəl ölkəsinin Malayziya, Ukrayna, Türkmənistan və Moldovadakı diplomatik missiyalarına rəhbərlik edib. Azərbaycana təyin olunmazdan əvvəl o Qazaxıstan xarici işlər nazirinin müavini olub.

OXŞAR XƏBƏRLƏR