Qazaxıstan prezidenti hökumətin istefasını qəbul etdi

Qazaxıstan prezidenti hökumətin istefasını qəbul etdi
DÜNYA
10:28 05.01.2022
436
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkə hökumətinin istefasını qəbul edib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətindən bildiriblər.

"Qazaxıstan Respublikası Hökumətinin istefası qəbul edilsin. Qazaxıstan Respublikasının Baş nazirinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Əlixan Asxanoviç Smailova həvalə edilsin", - deyə dövlət başçısının fərmanında deyil.

Qeyd edilir ki, hökumət üzvləri hökumətin yeni tərkibi təsdiq olunana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər.

"Bu Fərman imzalandığı gündən qüvvəyə minir", - deyə qeyd edilir.
OXŞAR XƏBƏRLƏR