Qazaxıstan Prezidentinə sui-qəsdin qarşısı alındı

Qazaxıstan Prezidentinə sui-qəsdin qarşısı alındı
DÜNYA
09:34 03.04.2022
338
Qazaxıstanın xüsusi xidmət orqanları ölkə Prezidenti Kasım-Jomart Tokayevə sui-qəsd planlaşdıran xarici kəşfiyyat agentini saxlayıblar.

 AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

"2022-ci il martın 25-də Nur-Sultan şəhərində Milli Təhlükəsizlik Komitəsinin əks-kəşfiyyatı Qazaxıstan Prezidentinə və bir sıra şəxslərə qarşı sui-qəsd planlaşdıran xarici kəşfiyyat agentini, "A" respublikasının vətəndaşını saxlayıb”, - xəbərdə deyilir.

Qeyd olunur ki, saxlanılan şəxs həmçinin digər yüksək rütbəli dövlət qulluqçularına qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinir.
OXŞAR XƏBƏRLƏR