Qazaxıstan rəsmisi: “KTMT hərbçiləri əməliyyatlarda iştirak etmir”

Qazaxıstan rəsmisi: “KTMT hərbçiləri əməliyyatlarda iştirak etmir”
DÜNYA
11:42 07.01.2022
270
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Qazaxıstandakı sülhməramlı kontingenti hərbi əməliyyatlarda iştirak etmir. Bu təşkilatın hərbçiləri dövlət obyektlərinin müdafiəsinə və mühafizəsinə cavabdehdirlər”.

Bu sözləri Qazaxıstan Prezidenti Administrasiyası rəhbərinin birinci müavini Dauren Abayev "Xəbər-24” dövlət telekanalının efirində söyləyib.

"Ölkəyə KTMT ölkələrinin sülhməramlı kontingenti yeridilib. Onların missiyası sülhməramlıdır. KTMT əsgərləri döyüş əməliyyatlarında iştirak etmir, yaraqlıların məhv edilməsi ilə məşğul olmurlar”, - deyə D.Abayev vurğulayıb.
OXŞAR XƏBƏRLƏR