Suriya üzrə danışıqların Astana prosesinin iştirakçıları Qazaxıstana növbəti görüş tələbi ilə müraciət etməyiblər.
Bu barədə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.
Qeyd edək ki, Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov 31 avqustda bildirib ki, Rusiya, İran və Türkiyə danışıqlar prosesinin sonuna qədər Astana formatında görüş keçirmək təklifi ilə Qazaxıstana müraciət edəcəklər.
Xatırladaq ki, 20-21 iyun tarixlərində Astanada bu formatda daha bir beynəlxalq görüş keçirilib. Danışıqlarda qarant ölkələrin - Rusiya, İran və Türkiyənin nümayəndə heyətləri, Suriya hökuməti və müxalifətinin nümayəndələri iştirak ediblər. BMT, İordaniya, İraq və Livandan olan emissarlar müşahidəçi qismində iştirak ediblər.