Qazaxıstanda Azərbaycanla bağlı tədbir keçirildi - FOTO

Qazaxıstanda Azərbaycanla bağlı tədbir keçirildi - FOTO
SİYASƏT
13:21 25.01.2017
998
Qazaxıstan Respublikasında Azərbaycanla bağlı tədbir keçirilib.

Qazaxıstanın Əl-Farabi Dövlət Universitetində, Türkçə Danışan Jurnalistlər birliyi, "Global Karyer İnstitutu” və həmin universitetin Jurnalistika fakultəsinin dəstəyi ilə Şəmil Sadiq və Müşfiq Xan tərəfindən qələmə alınan Qarabağ müharibəsi zamanı erməni vəhşiliyindən bəhs olunan "Ümidlərin İzi ilə” kitabının təqdimatı keçirilib. Əl-Farabi Universitetinin Jurnalistika fakültəsinin dekanı Prof.Dr. Meduebek Sagatbek tədbiri açaraq, Qazaxıstanda daim diqqətdə saxlanılan Dağlıq Qarabağ problemindən bəhs edib. O bildirib ki, kitabı oxuyaraq Qarabağ müharibəsi, bu müharibənin meydana çıxardığı problemlərlə yaxından tanış olmaq olar.
 
Tədbirin ideya müəllifi və təşkilatçılarından olan "Global Karyer İnstitut”nun Direktoru və Azərbaycan Şimali Kipr Dostluq Cəmiyyətin Sədri Orxan Həsənoğlu vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin son illər apardığı xarici siyasət əsasən Dağlıq Qarabağ probleminin həllinə köklənib. Biz də türk dövlətlərində bu təbliğatın aparılmasını özümüzün vətəndaşlıq borcu hesab edirik. Bu gün türk xalqlarının ən böyük problemlərindən biri bir-birlərini tam anlaya bilməməsidir. Bunu nəzərə alaraq romanın Qazaxıstanda nəşrini rus dilinə tərcümə etdirərək yayımladıq. Çalışacağıq ki, bu sahədəki fəaliyyətimiz davamlı olsun və Qarabağ mövzusundakı əsərlərin qazax türkcəsində nəşrinə nail olaq. Azərbaycanda fəaliyyət göstərən aktiv QHT-lərdən biri olan Gənclər üçün Təhsil Mərkəzinin (GTM) icraçı direktoru Fəxrəddin Həsənzadə də çıxış edərək türkdilli xalqların ortaq problemlərindən danışıb. QHT rəhbəri bildirib ki, bu cür ortaq problemlərdən biri də Ermənistan tərəfindən Azərbaycan torpaqlarının – Qarabağın və ona bitişik rayonların işğalıdır. Bu işğal nəticəsində ölkəmizdə 1 milyondan artıq qaçqın və məcburi köçkün yaranıb. Daşnaklar tərəfindən Qarabağ müharibəsi zamanı amansızcasına qətllər törədilib. Müharibə qanunları pozularaq yaşlı, uşaq və qadınlar, əliyalın insanlar öldürülüb. 1991-ci ilin 26 fevralında dünyadakı ən böyüj qətliamlarından biri – "Xocalı faciəsi” törədilib. Bizim burda olmaqda əsas məqsədimiz bu kitab vasitəsilə Qarabağda baş verənləri dünyaya çatdırmaqdır Qazaxıstanın Türkçə Danışan Jurnalistlər birliyinin sədri Naziya Zoyamərgənqızı Azərbaycanın problemlərinə işıq tutmağa hər zaman hazır olduqlarını bildirərək, iki dost və qardaş ölkənin ortaq problemi olan Dağlıq Qarabağ və Xocalı soyqırımının Qazaxıstan xalqını narahat etdiyini diqqətə çatdırıb. UNESCO təmsilçisi, TÜRKSOY təmsilçisi və çox sayda qonağın qatıldığı tədbirdə yekun nitqini kitabın həmmüəllifi Şəmil Sadiq edərək, iştirakçı və jurnalistlərin suallarını cavablandırıb. Sonda tədbir iştirakçılarına kitablar imzalanaraq hədiyyə olunub.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
Avtobusdakı görüntüləri gündəm oldu
22:16 15.03.2026
Avtobusdakı görüntüləri gündəm oldu
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO
22:11 15.03.2026
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO