Qazaxıstanda dəhşət! - 21 ölü, 23 itkin

Qazaxıstanda dəhşət! - 21 ölü, 23 itkin
DÜNYA
11:14 28.10.2023
214
Qazaxıstanda Kostenko şaxtasında baş vermiş qəza nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

Bu barədə müəssisənin sahibi olan "ArcelorMittal Temirtau” (AMT) şirkətinin icraçı direktoru Viktor Qafiulov məlumat verib.

Hazırda mədəndə 23 şaxtaçının axtarışları davam etdirilir.

***09:20

Qazaxıstanda şaxtada ağır qəza olub.

Nəticədə 16 nəfər ölüb, 18 nəfər isə yaralanıb.
Bildirilib ki, hadisə Karaqanda vilayətindəki şaxtada qeydə alınıb.

Partlayışa ilkin səbəb kimi metan qazının partlaması göstərilib.

Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Qeyd edək ki, qəza zamanı şaxtada 252 nəfər olub, onlardan 205-si səthə çıxarılıb.
OXŞAR XƏBƏRLƏR