Qazaxıstanda eks-nazirə 24 il həbs verilib

Qazaxıstanda eks-nazirə 24 il həbs verilib
DÜNYA
18:22 13.05.2024
347
Qazaxıstanın sabiq iqtisadiyyat naziri Kuandıq Bişimbayevə hökm oxunub.

Məhkəmə həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilərək onu 24 il müddətinə azadlıqdan məhrum edib.

Digər qərarla, onun yaxın qohumu Bakıtjan Bayjanov cinayəti gizlətməkdə və xəbər verməməkdə ittiham olunaraq 4 il həbs cəzası alıb.

Xatırladaq ki, Kuandıq Bişimbayev 2023-cü il noyabrın 8-də axşam həyat yoldaşı Saltanat Nukenovanı Astana şəhərindəki "Bau” restoranında döyərək qətlə yetirməkdə təqsirləndirilirdi.
 
///apa
OXŞAR XƏBƏRLƏR