Qazaxıstanda hərbçi həmkarını güllələyərək öldürdü

Qazaxıstanda hərbçi həmkarını güllələyərək öldürdü
DÜNYA
18:55 04.12.2023
193
Qazaxıstanda hərbçi həmkarının ona açdığı atəş nəticəsində ölüb.

Bu barədə Aktobe vilayətinin Sərhəd Qarnizonunun hərbi prokuroru bildirib.

Hadisə Aktobe vilayətində, sərhəd zastavasında baş verib.

Müqavilə əsasında xidmət edən hərbçinin açdığı atəş nəticəsində ağır yaralanan həmkarı təcili tibbi yardım maşınında ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb, araşdırma aparılır.
 
///Apa
OXŞAR XƏBƏRLƏR