Qazaxıstanda karantin rejimi sərtləşdirilir

Qazaxıstanda karantin rejimi sərtləşdirilir
DÜNYA
19:19 29.06.2020
1287
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev koronavirusla mübarizə üzrə dövlət komissiyasına ölkədə sərt karantin rejiminin tətbiqi ilə bağlı təklifləri işləyib hazırlamağı tapşırıb. 

"Hazırkı epidemioloji vəziyyətin stabilləşdirilməsi üçün sərt tədbirlərin qəbul edilməsi ilə bağlı dövlət komissiyasına bu ilin mart-aprel aylarında olduğu kimi, sərt karantin rejiminin tətbiq edilməsi barədə iki gün ərzində təkliflər hazırlayıb mənə təqdim etmələrini tapşırıram”, - deyə Kasım-Jomart Tokayev hökumət üzvləri, dövlət orqanlarının rəhbərləri, şəhər və vilayət rəhbərlərinin iştirakı ilə keçirilən iclasda deyib.
OXŞAR XƏBƏRLƏR