Qazaxıstanda radikallar 3 polisi öldürdü

Qazaxıstanda radikallar 3 polisi öldürdü
DÜNYA
12:11 18.07.2016
1338
Qazaxıstanın Alma-Ata şəhərinin Almalı rayonunda baş verən atışma nəticəsində 3 polis əməkdaşı həlak olub. 
Lent.az-ın “Kazinform”a istinadən məlumatına görə, hadisəni törədən və radikal dini qruplaşmanın üzvü olduğu ehtimal edilən naməlum şəxsin ələ keçirilməsi üçün şəhərdə anti-terror əməliyyatı başlayıb.
Şəhər polisi Alma -Ata sakinlərinə evdən çıxmamaları barədə xəbərdarlıq edir. Hadisənin hansı səbəbdən baş verdiyi barədə məlumat verilmir.
OXŞAR XƏBƏRLƏR