Qazaxıstanda sabiq nazir həbs olundu

Qazaxıstanda sabiq nazir həbs olundu
DÜNYA
19:28 29.05.2022
433
Məhkəmə dünən saxlanılan Qazaxıstanın sabiq mədəniyyət və idman naziri, hazırda Qazaxıstan Milli Muzeyinin direktoru olan Arıstanbek Məhəmmədiulı barəsində bu gün həbs-qətimkan tədbiri seçib.

AZXEBER.COM Gundem.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Antikorrupsiya Xidməti məlumat yayıb.
Sabiq nazir büdcə vəsaitlərini (336 min dollar) mənimsəməkdə təqsirli sayılır.

Qeyd edək ki, 2014-2019-cu illərdə mədəniyyət və idman naziri olmuş Arıstanbek Məhəmmədiulı 2019-cu ilin iyununda Milli Muzeyin direktoru təyin olunub.
OXŞAR XƏBƏRLƏR