Qazaxıstan Qarağandı vilayətində Kostenko daş kömür şaxtasında baş vermiş qəza sonucunda ölən mədənçilərin sayı 38-ə çatıb.
Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi teleqramda məlumat yayıb.
Bildirilib ki, 8 mədənçinin axtarışları davam edir.
"Axtarış işlərinin aparılması dağılmış şaxta texnikasının, eləcə də bəzi yerlərdə dağıntıların olması ilə çətinləşir”, – nazirlik açıqlayıb.