Qazaxıstanda ümummilli matəm günü elan edildi

Qazaxıstanda ümummilli matəm günü elan edildi
DÜNYA
20:14 24.09.2026
178
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzərdə hərbçilərin həlak olması ilə əlaqədar sentyabrın 25-ni ölkədə ümummilli matəm günü elan edib.

AZXEBER.COM bildirir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

"Dövlət başçısının sərəncamı ilə Manqistau vilayətində xidməti vəzifələrini yerinə yetirərkən hərbi qulluqçuların həlak olması ilə əlaqədar 2026-cı il sentyabrın 25-i Qazaxıstan Respublikasında ümummilli matəm günü elan edilib", - deyə məlumatda qeyd olunub.
OXŞAR XƏBƏRLƏR