Qazaxıstanın üç ağırlıqqaldıranı antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edilib.
Bunlar Nikita Abdrahmanov, Klim Başargin və Mira Axmetovadır.
Onların dopinq nümunələrində qadağan olunmuş maddələr aşkarlanıb. Abdrahmanov və Başargin 2026-cı il iyunun 11-dək, Axmetova isə 2027-ci il iyunun 11-dək cəza alıb.
Qeyd edək ki, 17 yaşlı Nikita Abdrahmanov (102 kq) gənclər arasında ikiqat dünya (2022, 2023) çempionudur.
///Report