Qazaxıstanın Xalq Artisti Roza Rımbayeva səhnədən gedəcəyini açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, müğənni bu il karyerasının 50-ci ilini qeyd edəcək.
O, yubiley konsertinin onun sonuncu böyük çıxışı olacağını deyib.
Xatırladaq ki, Roza Rımbayeva Qazaxıstanın ən məşhur müğənnilərindən biri və Qazaxıstan Respublikasının Xalq Artistidir. Bu gün o, Qazaxıstan pop musiqisinin və musiqi irsinin simvolu hesab olunur.
Aysel









































