Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ölkənin yeni müdafiə nazirini təyin edib.
Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Mırzaxmetov Aydos Sakenoviç Qazaxıstan Respublikasının müdafiə naziri təyin edilib.
Aydos Mırzaxmetov 2002-ci ildə Qazaxıstan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib. O, 2024-cü ilin yanvarından Qazaxıstanın Xüsusi Əməliyyat Qüvvələrinin komandanı vəzifəsində çalışıb.
Bundan əvvəl Qasım-Jomart Tokayev ölkənin müdafiə naziri Dauren Kosanovu vəzifəsindən azad edib.
///apa.az///











































