Qaziantepdə güclü zəlzələ baş verib

Qaziantepdə güclü zəlzələ baş verib
DÜNYA
10:09 13.06.2026
136
Türkiyənin Qaziantep vilayətin Nurdağı rayonunda 4.6 bal gücündə zəlzələ baş verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) öz "X" hesabında məlumat verib.
 
Məlumata görə, yerli vaxtla saat 00:08-də baş verən zəlzələnin episentri Nurdağı rayonu olub və 7.01 kilometr dərinlikdə qeydə alınıb.

Qeyd edilir ki, təkanlar Qaziantep ilə yanaşı həmçinin Kahramanmaraş, Kilis, Osmaniye və Hatay vilayətlərində də hiss edilib.

Hər hansı mənfi halın yaşanmadığı bildirilir. Hazırda ərazidə araşdırmalar davam edir.
 
\\oxu.az

 


 


OXŞAR XƏBƏRLƏR