"Qəbələ" - "Apollon" matçına nə qədər bilet satılıb? (RƏSMİ)

"Qəbələ" - "Apollon" matçına nə qədər bilet satılıb? (RƏSMİ)
İDMAN
15:42 05.08.2015
1511

Sabah UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində keçiriləcək "Qəbələ" - "Apollon" matçına bilet satışı davam edir.

Klubun meneceri Səməd Nəsibovun İdmanxeber.com-a verdiyi məlumata görə, dünən axşama kimi 2973 bilet satılıb.

Satışa çıxarılan 10260 biletin oyun saatına kimi hamsınınsatılması gözlənilir.

Qeyd edək ki, "Qəbələ" - "Apollon" matçı sabah saat 21:00-da "Bakcell Arena"da baş tutacaq.

OXŞAR XƏBƏRLƏR