Sabah UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində keçiriləcək "Qəbələ" - "Apollon" matçına bilet satışı davam edir.
Klubun meneceri Səməd Nəsibovun İdmanxeber.com-a verdiyi məlumata görə, dünən axşama kimi 2973 bilet satılıb.
Satışa çıxarılan 10260 biletin oyun saatına kimi hamsınınsatılması gözlənilir.
Qeyd edək ki, "Qəbələ" - "Apollon" matçı sabah saat 21:00-da "Bakcell Arena"da baş tutacaq.