"Qəbələ" mövsümü kuboksuz bitirdi: "Qarabağ" yenə qızıl dubl etdi

"Qəbələ" mövsümü kuboksuz bitirdi: "Qarabağ" yenə qızıl dubl etdi
TOP4
18:05 05.05.2017
2177

 

Bu gün Azərbaycan kubokunda final matçı keçirilib. Apasport.az saytının məlumatına görə, mövsümün son oyununda "Qarabağ”la "Qəbələ” üz-üzə gəlib.

 

Premyer Liqanın iki ən yaxşı komandası Naxçıvanda qarşılaşıb. İlk dəfə bu şəhərdə keçirilən final Ağdam təmsilçisinin qələbəsi ilə nəticələnib.

 

Azarkeşlər ilk yarıda qol görməsə də, fasilədən sonra çempion rəqibini üstələyə bilib. Öncə Mahir Mədətovun qolu ilə hesabda önə keçən "Qarabağ” Ürfan Abbasovun avtoqolu ilə üstünlüyünü artırıb.

 

Beləliklə, 2:0 hesabı ilə qalib gələn "Qarabağ” Azərbaycan futbol tarixində bir neçə ilkə imza atıb. Bir müddət əvvəl ardıcıl 4-cü çempionluqla tarix yazan əyalət təmsilçisi kubokda da seriyasını davam etdirib.

 

Ardıcıl 3-cü dəfə kubok qazanan ilk Azərbaycan kuboku olan Qurban Qurbanovun yetirmələri ümumilikdə 6-cı dəfə bu mükafata yiyələnib. "Qarabağ” bu göstəricidə "Neftçi”yə çatıb.

 

Ardıcıl 3-cü dəfə mövsümü "Qızıl dubl”la tamamlayan ağdamlılar bunu rəsmiləşdirən ilk komanda kimi Azərbaycan futbolu tarixinə düşüb. Ümumilikdə isə "Qarabağ” 4-cü dəfə belə nailiyyət əldə etməklə, yeni rekord müəyyənləşdirib.

 

"Qəbələ” isə tarixində ikinci dəfə yüksəldiyi finalı yenə məğlub ayrılıb. 3 il əvvəl finalda "Neftçi”yə penaltilər seriyasında uduzan "qırmızı-qaralar” bu dəfə əsas vaxtda uduzub.

 

 

Azərbaycan kuboku

Final

5 may

"Qarabağ” – "Qəbələ” - 2:0

Qollar: Mahir Mədətov, 52; Ürfan Abbasov, 68 (avtoqol)

Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Namiq Hüseynov, Əliyar Ağayev

AFFA nümayəndəsi: Əli Hüseynov

Hakim-inspektor: Məlik Həsənov

Naxçıvan Muxtar Respublika stadionu

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
17:14 05.03.2026
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
17:12 05.03.2026
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
Məşhur xanəndənin ailəsində iki ağır itki
17:05 05.03.2026
Məşhur xanəndənin ailəsində iki ağır itki
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
17:03 05.03.2026
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
16:49 05.03.2026
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
16:39 05.03.2026
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
“Bu şərəfsizlər peşman olacaqlar”
16:34 05.03.2026
“Bu şərəfsizlər peşman olacaqlar”
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
16:27 05.03.2026
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
16:23 05.03.2026
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
16:20 05.03.2026
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
16:17 05.03.2026
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
AZAL-dan Naxçıvana reyslərlə bağlı VACİB AÇIQLAMA
16:15 05.03.2026
AZAL-dan Naxçıvana reyslərlə bağlı VACİB AÇIQLAMA
“Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin qalibləri mükafatlandırıldı
16:12 05.03.2026
“Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin qalibləri mükafatlandırıldı
Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb
15:52 05.03.2026
Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb
Rəsmi Təl-Əviv İranın Naxçıvana dron hücumlarını pislədi: Tehrandakı rejim xaos yayır
15:50 05.03.2026
Rəsmi Təl-Əviv İranın Naxçıvana dron hücumlarını pislədi: Tehrandakı rejim xaos yayır