"Qəbələ" UEFA reytinqində rekord göstəriciyə imza atdı

İDMAN
16:25 17.05.2020
729

"Qəbələ” komandası UEFA reytinqində rekord göstəriciyə imza atıb. 

Azxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "qırmızı-qaralar" 148-ci pillədə qərarlaşıb. 

Son 5 avrokubok mövsümünün nəticələri əsasında tərtib olunan siyahıda əyalət təmsilçisi 7,500 xala malikdir. Komanda 2015/2016 və 2016/2017 mövsümlərinin hərəsində 2,000 xal, 2017/2018 və 2018/2019 mövsümlərinin hər birində isə 1,000 xal qazanıb. Koronavirus pandemiyası üzündən dayandırılan cari mövsümdə çıxışını başa vuran "Qəbələ” aktivinə daha 1,500 xal əlavə edib. Bununla da "qırmızı-qaralar" əmsalını 7,500-ə çatdırıb.

"Qəbələ” cari mövsümədək heç vaxt 148-ci mövqedə qərarlaşmayıb.

Siyahıya avrokuboklarda debüt etdiyi 2014/2015 mövsümündə daxil edilən "qırmızı-qaralar” debütdə 358-ci yerdə qərarlaşıb. Növbəti il 253-cü, sonradan 185-ci olan "Qəbələ” hər dəfə xal hesabını artırıb.

2017-ci ilin yayından klub reytinqinin hesablama metodu dəyişdirilib. Nəticədə həm xallar azalıb, həm də geriləmə qeydə alınıb. Həmin vaxt mövsümü 191-ci sırada tamamlayan "Qəbələ” ötən yay 173-cü yerə qədər yüksəlib. Bu, klub tarixinin rekordu idi ki, cari mövsümdə həmin göstərici 25 pillə də yaxşılaşdırılıb.

"Qəbələ” UEFA reytinqində

2014/2015 – 2,750 (358-ci yer)

2015/2016 – 5,225 (253-cü yer)

2016/2017 - 7,800 (185-ci yer)

2017/2018 - 5,250 (191-ci yer)

2018/2019 - 6,250 (173-cü yer)

2019/2020 – 7,500 (148-ci yer)

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:20 05.06.2020

Region qeydiyyatında olanlar rayonlara getsə, Bakıya qayıda bilməyəcəklər - RƏSMİ AÇIQLAMA

16:11 05.06.2020

“Brent” neftinin qiyməti 41 dolları ötdü

16:09 05.06.2020

Harda qalacağınıza bu gün qərar verin - Sabahdan bağ evinə getməyə icazə yoxdur - RƏSMİ

15:44 05.06.2020

Təhsil haqqı ilə bağlı tələbələrə müraciət

15:27 05.06.2020

DİN-dən marketlər və ticarət obyektləri ilə bağlı RƏSMİ AÇIQLAMA

15:14 05.06.2020

Dağıstanda 6 Azərbaycan vətəndaşı koronavirusa yoluxub

14:56 05.06.2020

“Nar” Müştəri Xidməti sərt karantin rejimi müddətində abunəçilərinə xidmət göstərməkdə davam edəcək

14:42 05.06.2020

DSX erməni yalanını ifşa etdi: “Sərhəd-döyüş mövqelərimizi irəli çəkmişik”

14:24 05.06.2020

Ölü at ətini Bakıdakı iaşə obyektlərinə satan şəxslər həbs edildi - FOTO

14:05 05.06.2020

FHN-dən çimərliklərlə bağlı xəbərdarlıq

13:55 05.06.2020

Azərbaycan korrupsiyaya qarşı mübarizədə MDB məkanında birinci yerdədir

13:42 05.06.2020

"Azəriqaz"dan smart-kart tipli sayğacları olanlara xəbərdarlıq - Qazsız qala bilərsiniz

13:21 05.06.2020

İki günlük qadağada zibil də atmaq olmaz - Rəsmi

13:15 05.06.2020

İcra başçısı iki vəzifəli şəxs barədə prokurorluğa müraciət edib

12:56 05.06.2020

Bu gün ictimai nəqliyyat saat 23:59-a qədər işləyəcək - BNA

12:52 05.06.2020

Ermənistanda koronavirusdan ölənlərin sayı 183-ə çatıb