"Qəbələ" və "Qarabağ" Azərbaycanı iki pillə irəli apardı

İDMAN
02:11 21.08.2015
1490

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk görüşləri yekunlaşıb.

İdmanxeber.com-un məlumatına görə, bu turnirdə mübarizəni davam etdirən "Qarabağ" və "Qəbələ" UEFA-da Azərbaycanın klub reytinqinə növbəti xalları yazdırıb.

"Qəbələ" doğma azarkeşləri önündə Yunanıstanın "Panatinaikos" klubuna uduzmayaraq 0.125, "Qarabağ" İsveçrədə "Yanq Boyz"a qalib gələrək ölkə reytinqinə0.250 xal qazandırıb. Bununla da Azərbaycan 2 pillə irəliləyərək Bolqarıstan və Sloveniyanı geridə qoyub. Hazırda Azərbaycan 13.250 xalla 26-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə sadəcə, 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir

OXŞAR XƏBƏRLƏR