“Qəbələ” və “Qarabağ” pley-off mərhələsini keçsə...

İDMAN
16:43 25.08.2015
1588
Azərbaycan təmsilçiləri “Qəbələ” və “Qarabağ”ın çıxış etdiyi Avropa Liqasının pley-off oyunlarının ardından qrup mərhələsinin püşkü atılacaq. Apasport.az saytının məlumatına görə, avqustun 27-də cavab oyunlarına çıxacaq təmsilçilərimiz mərhələ adlasa, ayın 28-
də Monakodakı püşkatmaya qatılacaq.
Knyazlıqdakı tədbir Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. Püşkatmada 48 komanda 12 qrupa bölünəcək.
Qrup mərhələsinin 10 komandası Çempionlar Liqasının pley-offunda uduzanlar olacaq. Bunlardan 5-i bu gün, 5-i sabah dəqiqləşəcək.
Əsas raundda çıxış edəcək 22 komanda isə avqustun 27-də bəlli olacaq. Bunlar Avropa Liqasının pley-offunda qalib gələnlər olacaq.
48 klub arasında mübarizə aparacaq 16 komandanın adı isə əvvəldən bəllidi. Bunlar təsnifat və pley-offdan azad olub, birbaşa qrupda mübarizə aparmaq hüququ qazananlardı. Belə üstünlüyə UEFA reytinqinin ilk 13 pilləsində yer alan ölkələrin təmsilçiləri yiyələnib.
“Qəbələ” və “Qarabağ” qrupa düşsə, təmsilçilərimizin potensial rəqibləri arasında “Vilyarreal” (İspaniya), “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Auqsburq”, “Şalke” (hər ikisi Almaniya), “Fiorentina”, “Napoli” (hər ikisi İtaliya), “Braqa” (Portuqaliya), “Marsel” (Fransa), “Lokomotiv” (Rusiya), “Qroninhen” (Hollandiya), “Dnepr” (Ukrayna), “Anderelxt” (Belçika), “Beşiktaş” (Türkiyə), “Asteras” (Yunanıstan), “Syon” (İsveçrə) klubları da olacaq.
OXŞAR XƏBƏRLƏR