Qəbələdə avtomobil ağaca çırpılaraq yanıb, ölən və xəsarət alanlar var

Qəbələdə avtomobil ağaca çırpılaraq yanıb, ölən və xəsarət alanlar var
SOSİAL
00:01 06.01.2024
70
Qəbələ rayonunda ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"un Şimal-qərb bürosunun verilən məlumata görə, Qəbələ-Ağdaş avtomobil yolunun rayonun Əmili kəndi ərazisindən keçən hissəsində Rafael Əzizovun "Mercedes” markalı avtomobilə idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılaraq yanıb.

Hadisə nəticəsində sürücü və sərnişini Məhəmməd Qafarov xəsarət alıb, digər sərnişin, 1970-ci il təvəllüdlü Rafael Mirzəliyev aldığı xədarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR