Qəbələdə avtomobil körpüdən aşdı: Ata və oğlu xəsarət aldı

Qəbələdə avtomobil körpüdən aşdı: Ata və oğlu xəsarət aldı
SOSİAL
22:04 02.04.2023
190

Bu gün saat 15 radələrində Qəbələ rayonunun Bılıx kəndi ərazisində VAZ-2106 markalı avtomobilin sürücüsü Zülfüqar Göyüşov idarəetməni itirib və nəqliyyat vasitəsi körpüdən aşıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, nəticədə sürücü xəsarət alıb və avtomobildə sərnişin qismində olan oğlu, 2011-ci il təvəllüdü Y.Göyüşov aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR