Qəbələdə beynəlxalq musiqi festivalı başladı

Qəbələdə beynəlxalq musiqi festivalı başladı
MƏDƏNİYYƏT
14:00 24.07.2013
1684
Bu gün Qəbələ şəhərində V Beynəlxalq Musiqi Festivalına start verilib. Heydər Əliyev Fondunun möhtəşəm beynəlxalq layihələri sırasında xüsusi yer tutan Qəbələ festivalı 2009-cu ildən ənənəvi olaraq keçirilir. 
AZXEBER.COM Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, müxtəlif ölkələrdən tanınmış ifaçıları, məşhur kollektivlərini bir araya gətirən musiqi bayramı bu il beşinci dəfə gerçəkləşir.Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi altında həyata keçirilən digər mədəniyyət layihələri kimi, Qəbələ festivalı da beynəlxalq sənət aləmində geniş rezonans doğurur. Bu festival sayəsində qədim Qəbələ dünyanın musiqi xəritəsində özünəməxsus yer qazanıb. Festival günlərində Qəbələyə çoxsaylı yerli və xarici qonaqların gələcəyini nəzərə alaraq rayonda geniş hazırlıq işləri görülüb. Şəhərin küçələrində, İsmayıllı-Qəbələ-Şəki avtomobil yolunun kənarında, müxtəlif hotel və istirahət mərkəzlərində festivalla bağlı plakatlar diqqəti xüsusilə cəlb edir.Avqustun 6-dək davam edəcək festivalda Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər. Musiqi bayramına Rusiya, Türkiyə, Böyük Britaniya, ABŞ, İtaliya, Fransa, Koreya, İsrail, Litva, Kuba və Qazaxıstandan dünya şöhrətli dirijor, ifaçı və kollektivlər qatılacaq. Yerusəlim Simfonik Orkestri, Yuri Başmet və "Yeni Rusiya" simfonik orkestri, Kuba caz qrupu, Amos Talmon, Boris Berezovski, Vadim Repin, Oksana Yablonskaya, Dmitri Yablonski, Yader Benyamini, Mirko Roverelli, Karmelo Korrado Karuzo, İdil Biret, Nina Koqan, Jean Bernard Pommier, Jan Lothem Konig, Ayman Musaxacayeva, Aleksandr Solovyov, Sergey Leyferkus, Muza Rubayskite, Hee Youn Choue, Mixail Qutman və başqaları musiqisevərlərə unudulmaz anlar bəxş edəcəklər.Festival konsertlərində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Bakı Musiqi Akademiyasının kamera orkestri, xalq artistləri Fərhad Bədəlbəyli, Rauf Abdullayev, Murad Adıgözəlzadə, Yalçın Adıgözəlov, Murad Hüseynov, Yeganə Axundova, Mənsum İbrahimov, əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov, əməkdar artistlər Gülnaz İsmayılova, Toğrul Qəniyev, Elçin Əzizov, Fəridə Məmmədova, Səbinə Əsədova, Elçin Həşimov, Elnur Əhmədov, Sahib Paşazadə, beynəlxalq müsabiqələr laureatları Fuad İbrahimov, Yusif Eyvazov, Elvin Qəniyev, Azər Rzazadə, istedadlı gənc solistlər, muğam ifaçıları çıxış edəcəklər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrailin Zəncana hücumu zamanı 3 SEPAH hərbçisi öldürülüb
18:13 14.06.2025
İsrailin Zəncana hücumu zamanı 3 SEPAH hərbçisi öldürülüb
İran-İsrail gərginliyi Azərbaycana necə təsir edəcək? - ŞƏRH
18:00 14.06.2025
İran-İsrail gərginliyi Azərbaycana necə təsir edəcək? - ŞƏRH
İmişlidə 47 yaşlı kişi ov tüfəngi ilə öldürüldü
17:57 14.06.2025
İmişlidə 47 yaşlı kişi ov tüfəngi ilə öldürüldü
Lənkəranda yeniyetmə dənizdə boğulub
17:41 14.06.2025
Lənkəranda yeniyetmə dənizdə boğulub
İrandan Rusiyaya aparılan qarpız yükündə 207 kq marixuana Azərbaycanda aşkarlanıb
17:17 14.06.2025
İrandan Rusiyaya aparılan qarpız yükündə 207 kq marixuana Azərbaycanda aşkarlanıb
Hakan Fidan Ceyhun Bayramovla İsrail-İran gərginliyini müzakirə edib
16:57 14.06.2025
Hakan Fidan Ceyhun Bayramovla İsrail-İran gərginliyini müzakirə edib
Britaniya XİN başçısı İran və İsraili təmkinli olmağa çağırıb
16:46 14.06.2025
Britaniya XİN başçısı İran və İsraili təmkinli olmağa çağırıb
Şagirdlər müəllimləri ilə 33 il sonra “Son zəng”i qeyd etdilər - VİDEO
16:27 14.06.2025
Şagirdlər müəllimləri ilə 33 il sonra “Son zəng”i qeyd etdilər - VİDEO
AZAL Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı bir neçə istiqamətdə reysləri ləğv edib
16:11 14.06.2025
AZAL Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı bir neçə istiqamətdə reysləri ləğv edib
Azərbaycan idmançısı beynəlxalq turnirdə qələbə qazanıb
15:55 14.06.2025
Azərbaycan idmançısı beynəlxalq turnirdə qələbə qazanıb
Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslər iyunun sonunadək ləğv edilib
15:48 14.06.2025
Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslər iyunun sonunadək ləğv edilib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən qonşu və dost İrana qarşı istifadə edilməsi mümkün deyil
15:24 14.06.2025
Ceyhun Bayramov: Azərbaycan ərazisindən qonşu və dost İrana qarşı istifadə edilməsi mümkün deyil
Nuran "Özəl biri"ni təqdim etdi - VİDEO
15:24 14.06.2025
Nuran "Özəl biri"ni təqdim etdi - VİDEO
İran və Pakistan XİN rəhbərləri İsrailin hücumlarını müzakirə ediblər
15:08 14.06.2025
İran və Pakistan XİN rəhbərləri İsrailin hücumlarını müzakirə ediblər
Prezidentin köməkçisi: Qafqazdakı yeni status-kvo beynəlxalq hüquqa əsaslanır
14:52 14.06.2025
Prezidentin köməkçisi: Qafqazdakı yeni status-kvo beynəlxalq hüquqa əsaslanır
İranda daha üç nüvə alimi öldürüldü
14:42 14.06.2025
İranda daha üç nüvə alimi öldürüldü