"Qəbələ"də bütün futbolçular "qəhrəman" statusu daşıyırlar"
İDMAN
14:25 09.11.2011
1700
"Qəbələ" klubunun qapıçısı Qreym Smit Britaniya mətbuatına müsahibə verib. Qol.Az-ın məlumatına görə, şotlandiyalı qapıçı komandası və ölkəmiz haqda danışıb:"Qəbələ" klubunun gələcək vəd edən uzun müddətli bir planı var və mən bunun nəticəsini görmək istəyirəm. Şotlandiyadakı böyük oyunlar üçün darıxmışam. Ancaq "Qəbələ" klubu da Avropaya çıxmaq üçün çalışır.Mənim bu komanda ilə bir illik müqaviləm imzalamışdım. Əgər Toni Adams məni komandada saxlamaq istəyərsə, bu barədə məmnuniyyətlə danışıqlar apararam. Qəbələnin çox fərqli bir yer olduğuna əminəm. Futbolçuların əksəriyyəti bir oteldə qalır. Klub rəsmilərinin də burada öz ofisləri var. Biz də burada yeyir və yatırıq".28 yaşlı qapıçı Qəbələdə müəyyən vərdişlərə uyğunlaşa bilmədiyini vurğulayıb: "Burada bəzi vərdişlər var ki, mən onlara uyğunlaşa bilmirəm. Məsələn, fitə basılmaq kimi bir şey. Azərbaycanda fitə basılmağa çox rast gəlməzsən. Onlar kasıb insanların toplum arasında fitə basılmağına inanırlar. Ancaq sən küçədə hər hansı bir nəfəri fitə basa bilməzsən. Vaxtaşırı yerli əhali ilə söhbət edirəm. Burada çox fərqli mədəniyyət var. Mənim evdə bir oğlum var. Ancaq evli deyiləm. Bu isə yerli əhali tərəfindən gülməli qarşılanır".Smiti Azərbaycanda təəccübləndirən hadisələr də olub: "Bakı çox gözəl paytaxt şəhəridir, ancaq Qəbələdə bir dəyişiklik hiss edirəm. Buranın yaxşı nəqliyyat yolları var. Bununla belə, Qəbələdə maşın sürmək bir qədər çətindir. Çünki bu yollarda inək və digər heyvanlara da rast gəlmək olur. Məşq etdiyin zaman qəfildən inəklər gözünə dəyir. Bu isə çox qəribədir. Edinburqda (Şotlandiyanın paytaxtı) belə deyil. Bununla belə, bütün gördüklərimdən xüsusi zövq alıram".Gənc qapıçı daha sonra Toni Adams və komandası haqda bunları deyib: "Hazırda "Qəbələ" klubu beynəlxalq aləmdə tanınmır. Lakin Adams bu komandanın inkişafı üçün əlindən gələni edir. Komandanın futbol akademiyası var və Adams 10 yaşlı futbolçularla şəxsən məşğul olur. Növbəti mövsümdə komandanın yeni stadionu istifadəyə veriləcək.Hələlik isə "Qəbələ"nin oyunlara gələn azarkeşləri matçı canlı izləmək üçün heç bir pul ödəmirlər. Çünki rəhbərlik azarkeşləri stadionlara cəlb etmək niyyətindədir. Britaniyada bir aya görülən iş, Azərbaycanda bir həftəyə görülür. Burada yamaykalı Deon Barton və hollandiyalı Stif Olferslə gözəl münasibətərim var. Ancaq "Qəbələ"də bütün futbolçular "qəhrəman" statusu daşıyırlar.