Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər də analoji əmələ görə məhkum edilmiş 39 yaşlı Elnur Eyyubov saxlanılıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Onun həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərdiyi müəyyən olunub. Həmin yerə baxış keçirilərkən dibçəklərdə çətənə kolları aşkar edilib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Eyyubov barəsində həbs qətimkan tədbiri seçilib.