Qəbələdə gənc qızı amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən qadın saxlanıldı

Qəbələdə gənc qızı amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən qadın saxlanıldı
SOSİAL
19:08 06.03.2022
559
Qəbələdə gənc qızı amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən qadın saxlanılıb.

Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Martın 5-də Qəbələ rayonunda Aytac Əliyevanın qətlə yetirilməsi ilə əlaqədar rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Nəticədə qətli törətməkdə şübhəli bilinən bir qadın saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.

İstintaq və əməliyyat - axtarış tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR