00:52 Bazar Ertəsi, 23 Sentyabr 2019

Qəbələdə Müdafiə nazirlərinin görüşü başlayıb

12:19, 12.06.20191639
Qəbələdə Müdafiə nazirlərinin görüşü başlayıb
Qəbələ şəhərində Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüşü başlayıb.

AZXEBER.COM xəbər verir ki, görüşdən əvvəl nazirlər Qəbələ şəhərində yerləşən Şəhidlər xiyabanını ziyarət edib, şəhid məzarları önünə gül dəstələri qoyublar. 

Qeyd edək ki, görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.
 

 

 

 

 


XƏBƏR LENTİ