Qəbələdə yanğın törədən şəxslər müəyyən edildi

Qəbələdə yanğın törədən şəxslər müəyyən edildi
HADİSƏ
23:03 09.08.2025
236
Avqustun 9-da Qəbələ şəhəri ərazisində yanğın hadisəsi törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan AZXEBER.COM-a bildirilib ki, araşdırmalarla yanğının 2 yeniyetmə tərəfindən ehtiyatsızlıqdan törədildiyi məlum olub.

Hadisə nəticəsində quru ot sahəsi və kol-kos yanıb.

Əməli törədən şəxslər valideynləri ilə birlikdə ərazi üzrə polis orqanına dəvət olunub və profilaktik söhbətlər aparılıb.
OXŞAR XƏBƏRLƏR