"Qəbələ"dən ayrılan legioner Kipr klubuna keçdi

"Qəbələ"dən ayrılan legioner Kipr klubuna keçdi
İDMAN
18:25 29.06.2022
265
Ötən mövsümün sonunda "Qəbələ"dən ayrılan ispaniyalı futbolçu Fernan Lopes Kiprin "Enosis" komandasına keçib.

AZXEBER.COM klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu ilə müqavilə imzalanıb. Sözləşmənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Fernan Lopes ötən ilin oktyabrında "Qəbələ"yə transfer olmuşdu. Təcrübəli forvard daha əvvəl 2019/2020 mövsümündə də Qəbələ"nin formasını geyinib.
OXŞAR XƏBƏRLƏR