Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
AZXEBER.COM-un məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının XIX turunda baş verənlər müzakirə olunub.
"Kəpəz” – "Qəbələ” matçı başa çatdıqdan sonra qonaq komanda stadion ərazisini tərk edərkən yerli azarkeşlər tərəfindən klubun avtobusunun şüşəsi sındırılıb. "Qırmızı-qaralar”ın təhlükəsizliyini tam təmin etmədiyinə görə Gəncə klubu 4000 manat cərimə olunub. "Qəbələ” klubunun dəymiş ziyana uyğun olaraq təqdim edəcəyi hesabı da "Kəpəz” ödəməli olacaq.