Qəbələ rayonunun iki küçəsində qaz kəsilib.
Bu barədə AZXEBER.COM-a Zaqatala Regional Qaz İstismarı İdarəsindən bildirilib.
Qeyd olunur ki, müvafiq dövlət qurumu tərəfindən aparılan qazıntı işləri zamanı qaz xəttinin zədələnməsi ilə əlaqədar saat 17:30-dan etibarən işlər başa çatanadək Nəsimi və Z. Əliyeva küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.











































