"Qəbələ"nin futbolçusu: "Zirə"dən çəkinmirik"

"Qəbələ"nin futbolçusu: "Zirə"dən çəkinmirik"
İDMAN
15:48 17.08.2020
800

"Bütün fikrimizi "Zirə" ilə Premyer Liqadakı ilk oyunumuza kökləmişik. Çox az müddət qalıb. Ümid edirəm ki, layiqli qələbə qazanacağıq".

Bu sözləri AzxeberSport-a açıqlamasında "Qəbələ"nin üzvü Rövlan Muradov deyib. O, Premyer Liqanın 2020-2021-ci il mövsümünün ilk turunda qarşılaşacaqları "Zirə" ilə matç haqda danışıb.

Əyalət təmsilçisinin hücumameyilli yarımmüdafiəçisi "Zirə"dən çəkinmədiklərini bildirib:

"Rəşad Sadıqovun komandası yaxşı kollektivdi. Onlara hörmət edirik, amma çəkinmirik. Meydanda başa-baş mübarizə gedəcək. Qələbə qazanmaq arzusundayıq".

Rövlan Muradov yeni mövsüm üçün hədəflərini də açıqlayıb:

"Təbii ki, əsas hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdır. Gözəl oyunla rəqiblərimizə qalib gəlib, azarkeşlərimizi sevindirmək istəyirik".

OXŞAR XƏBƏRLƏR