"Bütün fikrimizi "Zirə" ilə Premyer Liqadakı ilk oyunumuza kökləmişik. Çox az müddət qalıb. Ümid edirəm ki, layiqli qələbə qazanacağıq".
Bu sözləri AzxeberSport-a açıqlamasında "Qəbələ"nin üzvü Rövlan Muradov deyib. O, Premyer Liqanın 2020-2021-ci il mövsümünün ilk turunda qarşılaşacaqları "Zirə" ilə matç haqda danışıb.
Əyalət təmsilçisinin hücumameyilli yarımmüdafiəçisi "Zirə"dən çəkinmədiklərini bildirib:
"Rəşad Sadıqovun komandası yaxşı kollektivdi. Onlara hörmət edirik, amma çəkinmirik. Meydanda başa-baş mübarizə gedəcək. Qələbə qazanmaq arzusundayıq".
Rövlan Muradov yeni mövsüm üçün hədəflərini də açıqlayıb:
"Təbii ki, əsas hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdır. Gözəl oyunla rəqiblərimizə qalib gəlib, azarkeşlərimizi sevindirmək istəyirik".