“Qəbələ”nin kapitanı cəzalandırıldı

İDMAN
18:58 19.05.2023
268
AFFA İntizam Komitəsi "Qəbələ”nin futbolçusu Urfan Abbasovun cəzasını açıqlayıb.
 
AZXEBER.COM xəbər verir ki, Premyer Liqanın XXXIV turunda "Turan Tovuz”la keçirilən oyunda ikinci sarı vərəqə alaraq meydandan qovulan "qırmızı-qaralar”ın kapitanı bir matçlıq diskvalifikasiyaya məruz qalıb.

Onun hərəkəti bölgə təmsilçisinə 200 manatlıq cərimə bahasına başa gəlib.

"Sabah”la görüşdə 4 oyunçusu sarı vərəqə alan "Sumqayıt” isə 800 manat məbləğində cərimələnib.
OXŞAR XƏBƏRLƏR