"Qəbələ"nin oyununa 1 manata bilet

"Qəbələ"nin oyununa 1 manata bilet
İDMAN
19:33 16.08.2016
1579
UEFA Avropa Liqasının Play-off mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ" - "Maribor" oyununun biletləri satışa çıxarılıb. Biletləri bu gündən etibarən Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından almaq olar. Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır.
Qeyd edək ki, avqustun 18-də "Dalğa Arena"da (Mərdəkan) keçiriləcək "Qəbələ" - "Maribor" matçı saat 21:00-da başlayacaq.
OXŞAR XƏBƏRLƏR