Qəbiristanlıqda tapılan körpənin taleyi ilə bağlı RƏSMİ AÇIQLAMA

Qəbiristanlıqda tapılan körpənin taleyi ilə bağlı RƏSMİ AÇIQLAMA
SOSİAL
12:35 06.05.2026
274
Bakıda qəbirstanlıq yaxınlığında tapılan azyaşlı dövlət himayəsinə götürülüb, hazırda tibbi və psixoloji dəstək alır.

AZXEBER.COM xəbər verir ki, bu barədə Yeni Sabah-a Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sorğuya cavabında bildirib.

Komitənin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, ana rəsmi qaydada uşağından imtina edib və bundan sonrakı mərhələdə işlər qanunvericiliyə uyğun şəkildə davam etdiriləcək: 

"Azyaşlı uşaq dövlət nəzarəti altındadır və hazırda müvafiq ixtisaslaşmış tibb müəssisəsində hərtərəfli tibbi müayinələrdən keçirilir.

Uşağın təhlükəsizliyi və sağlamlığı təmin olunub, vəziyyəti həkimlər tərəfindən nəzarətdə saxlanılır. Eyni zamanda, ona ilkin psixoloji dəstək də göstərilir və psixoloji vəziyyətinin stabil olması istiqamətində zəruri tədbirlər görülür.

Qeyd edim ki, ana uşağdan rəsmi imtina edib. Bundan sonra, qanunvericiliyə uyğun olaraq növbəti prosedurlar icra olunacaq. Bu çərçivədə uşağın hüquqları və mənafeyi əsas götürülərək müvafiq dövlət qurumları tərəfindən qərarlar veriləcək.

Azyaşlının gələcək taleyi ilə bağlı məsələlər aidiyyatı qurumların nəzarətindədir. Qanunvericiliyə uyğun olaraq uşağın dövlət uşaq müəssisəsinə yerləşdirilməsi, və ya övladlığa verilməsi, himayədar ailəyə yerləşdirilməsi kimi digər alternativ qayğı formaları nəzərdən keçirilə bilər. Bütün hallarda əsas prinsip uşağın təhlükəsiz, sağlam və qayğıkeş mühitdə böyüməsinin təmin olunmasıdır.

Bir sözlə, azyaşlı tam şəkildə dövlətin himayəsinə götürülüb və onun rifahı üçün bütün zəruri addımlar atılır”.

Sosial Xidmətlər Agentliyi bildirib ki, məlumat daxil olan kimi əməkdaşlar dərhal prosesə cəlb olunub və işlərə başlanılıb. Hazırda uşağın vəziyyəti nəzərə alınmaqla qanunvericiliyə uyğun zəruri tədbirlər görülür:

"Abşeron rayonu ərazisində tapılan və valideynləri tərəfindən atıldığı bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunub.

Hazırda Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən körpənin mövcud vəziyyəti nəzərə alınaraq qanunvericiliyə uyğun addımlar atılır.
Müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə uşağın mənafeyinə uyğun olaraq onun müvafiq qayğı ilə əhatə edilməsi üçün tədbirlər görüləcəkdir”.

Qeyd edək ki, dünən Bakıda Fatimeyi Zəhra Məscidinin yanında 2 yaşlı oğlan uşağı tapılmışdı. Bununla bağlı Kəmalə Ağazadə məlumat yaymışdı.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Özəl bağçalarla bağlı yayılan xəbərlərə aydınlıq gətirildi – “Bu müəssisələr qaydalara əməl etməsələr…”
16:30 05.06.2026
Özəl bağçalarla bağlı yayılan xəbərlərə aydınlıq gətirildi – “Bu müəssisələr qaydalara əməl etməsələr…”
Sabirabad rayonunda müəllimlərlə görüş keçirildi
16:13 05.06.2026
Sabirabad rayonunda müəllimlərlə görüş keçirildi
Zaxarova: Moskva ilə Bakı "Natra" və "Zirkon" gəmilərinə hücumla bağlı sıx təmasdadır
16:04 05.06.2026
Zaxarova: Moskva ilə Bakı "Natra" və "Zirkon" gəmilərinə hücumla bağlı sıx təmasdadır
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
15:59 05.06.2026
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik etdi
15:57 05.06.2026
Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik etdi
BMT Livan üçün humanitar yardımın həcminin artırılmasını tələb edir
15:33 05.06.2026
BMT Livan üçün humanitar yardımın həcminin artırılmasını tələb edir
Bir qrup su təsərrüfatı və meliorasiya işçisi təltif edilib - SİYAHI
15:29 05.06.2026
Bir qrup su təsərrüfatı və meliorasiya işçisi təltif edilib - SİYAHI
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
15:20 05.06.2026
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin
15:15 05.06.2026
Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
15:13 05.06.2026
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
5 azərbaycanlının öldüyü gəmiyə hücum anı - VİDEO
15:12 05.06.2026
5 azərbaycanlının öldüyü gəmiyə hücum anı - VİDEO
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi
15:04 05.06.2026
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi
6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ
15:01 05.06.2026
6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ
Dava edən oğlunu ayırmağa çalışan ana öldü - FOTO
14:57 05.06.2026
Dava edən oğlunu ayırmağa çalışan ana öldü - FOTO
“Kristal”ın Nəsimidə inşa etdiyi prestijli layihə - “Royal Residence”
14:47 05.06.2026
“Kristal”ın Nəsimidə inşa etdiyi prestijli layihə - “Royal Residence”
Qrossi: Nüvə obyektləri heç bir halda hücuma məruz qalmamalıdır
14:44 05.06.2026
Qrossi: Nüvə obyektləri heç bir halda hücuma məruz qalmamalıdır