Qəbiristanlıqdan oğurluq edənlər saxlanıldı

Qəbiristanlıqdan oğurluq edənlər saxlanıldı
SOSİAL
09:03 06.12.2021
263
Ağdaş rayonu Pirəzə kənd qəbiristanlığından məzarların ətrafında olan dəmir məhəccərlərin, eləcə də generator və təmir-tikinti alətlərinin oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.
 
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, hadisə ilə bağlı polisə məlumat daxil olan kimi dərhal araşdırmalara başlanılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Goranboy rayonunun Qarasuçu kənd sakinləri Kənan Həsənov və Abil Bayramov qısa müddət ərazində müəyyən olunaraq saxlanılıblar. Araşdırma zamanı saxlanılan şəxslərin həmkəndliləri Elşad Quliyevlə əvvəlcədən əlbir olub, Ağdaş rayonunun Kotavan və Xınaqlı kəndlərinin örüş sahələrindən iki baş iribuynuzlu heyvanı da oğurladıqları məlum olub. Keçirilmiş tədbirlərlə E.Quliyev də tutularaq istintaqa təhvil verilib.

Həmin şəxslər ifadələrində oğurladıqları dəmir məhəccərləri Şəmkir, iribuynuzlu heyvanları isə K.Həsənovun icarə əsasında idarə etdiyi "Ford” markalı yük avtomobili ilə Bərdə və Gəncə şəhərlərindəki mal heyvan bazarlarına aparıb, orada dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər. Oğurluq etmələrinə səbəb kimi isə həmin "Ford” markalı avtomobili əvvəlcədən təmir edən ustaya borclu olmalarını əsas gətiriblər.
 
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək