Dövlət İmtahan Mərkəzinin (DİM) təklifinə əsasənNazirlər Kabinetitam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə, ali təhsil pilləsinin bakalavr, magistratura və rezidentura səviyyələrinə tələbə qəbulu qaydalarını təsdiq edib.
DİM-dən verilən məlumata görə, ali təhsil müəssisələrinin
bakalavriat səviyyəsinə qəbul qaydalarında edilən dəyişikliyə əsasən
abituriyentlərə seçdikləri ixtisas qrupu üzrə eyni tədris ilində keçirilən bir
neçə qəbul imtahanında iştirak etməyə icazə verilir.
Cari tədris ilində bakalavriat səviyyəsinə qəbul imtahanının iki dəfə keçirilməsi
nəzərdə tutulur. Bu ilin və əvvəlki illərin məzunları hər iki imtahanda iştirak
edə bilərlər. Abituriyentlər müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini
özləri müəyyən edəcəklər.
Digər qəbul qaydalarında ciddi dəyişiklik edilməyib. Təsdiq olunan qəbul
qaydaları tqdk.gov.az saytında yerləşdiriləcək və "Abituriyent” jurnalının
müvafiq buraxılışlarında çap ediləcək. (APA)