Qəddafinin 5 il zorladığı seks köləsi danışdı

MARAQLI
20:03 17.11.2011
2893
22 yaşlı Safiyə ömrünün ən gözəl illərini Müəmmar Qəddafiyə qurban edib. O bu barədə Fransanın “Le-monde” qəzetinə öz acı taleyi haqqında danışarkən bildirib. Qəddafinin sarayı Bab əl-Əziziyədə yaşayan Safiyə həyatını təcavüz və işgəncə ilə keçirirmiş. 2004-cü ildə 15 yaşında olarkən Qəddafi onun oxuduğu liseyə gəlir. Qəddafinin ondan xoşu gəldiyi üçün “seçilən” qızlar sırasına daxil olur və saraya dəvət edilir. Əvvəlcə Safiyə bir qəhrəman kimi tanıdığı Qəddafi ilə görüşəcəyinə çox sevinir. Lakin sonradan bu sevinc ona baha başa gəlib. O, 5 ilini işgəncələrdə keçirib. Sən demə, Qəddafi ona seksual paltarlar geyindirib, rəqs etdirirmiş. Qəddafi tərəfindən davamlı olaraq sadist hərəkətlərə məruz qalır, zorlanırmış. Qəddafi onun üzünü və bədənini dırnaqları ilə çırıb qanadırmış. Safiyənin bu acı taleyini onunla birlikdə 20-ə yaxın 18 yaşlı qız yaşayıb. Narkotikadan asılılığının olduğu iddia olunan Qəddafinin təzyiqilə Safiyə də narkotikaya öyrəşdirilib. Hətta bir dəfə ona artıq dozada narkotika vurulduğu üçün o xəstəxanaya düşüb. “Qəddafi xarici manikenlərə “çamadan dolu pul” verərmiş. Qəddafinin bu azğınlığına onun arvadı və ailəsi də göz yumurmuş”, - deyə Safiyə bildirib. Safiyə 2007-ci ildə 2 həftəlik Afrika ölkələrinə gəzməyə getdiklərini də bildirib. Orada onu xüsusi hərbi paltar geyindiriblər. O, Qəddafinin qadın mühafizəçilərindən olmadığını bildirmək üçün qırmızı dodaq boyası çəkib. Elə buna görə də, onu möhkəm döyüblər. Ailəsi isə öldürülməkdən qorxduqları üçün kiməsə şikayət də edə bilməyib. Nəhayət ki, 2009-cu ildə Safiyə əsirlikdən qurtulub. O, ailəsinin köməkliyilə Fransaya qaçıb. Fransada bir müddət qaldıqdan sonra Tunisə gedib. Qəddafiyə qarşı üsyan baş qaldırdığını eşidən Safiyə yenidən ölkəsinə qayıdıb. Aprel ayında ailə qurduğu şəxs də üsyançılarla birlikdə Qəddafiyə qarşı vuruşub və ağır yaralanıb.

OXŞAR XƏBƏRLƏR