Qəddafinin səhvini etdi - Şok bənzərlik

Qəddafinin səhvini etdi - Şok bənzərlik
DÜNYA
21:28 30.07.2015
1776
Zimbabve prezidenti Robert Mugabe vaxtilə Liviya lideri Muammer Qəddafinin etdiyi “səhvi” təkrarladı.AZXEBER.COM Publika.az-a istinadən xəbər verir ki, Zimbabve prezidenti Afrika Birliyi zirvəsindəki çıxışında ABŞ-ı, ümumilikdə Qərbi sərt tənqid edib.“Afrikaya ABŞ, Böyük Britaniya və Fransadan başqa digər oyunçuların da girməsi “qara qitədə” tarazlığı dəyişdirir. Lakin klassik arqumentlərlə hərəkət edən qərblilər təbii sərvətlərlə zəngin olan Afrika ölkələrini terror və yoluxucu xəstəliklər bəhanəsi ilə dünyadan təcrid edərək öz əlində saxlamağa çalışır. Ağ adamın nə edəcəyindən əmin olmayan varlı adamlar öz pullarını su quyularında belə saxlayırlar”, - deyə o bildirib.Onun sözlərinə görə, Qərb ölkələri Yaxın Şərq və Afrikada müharibə başlatmaqda bu bölgələrin yeraltı sərvətlərini mənimsəmək məqsədi daşıyır.“Bizə Allahın verdiklərini çox gördülər. Təbii sərvətlərimizi əlimizdən aldılar. Harada sülh varsa, orada müharibə başlayırlar. İndi İraq və Liviyadakı xaosa baxın. Bəhanələr irəli sürərək bu ölkələrə girir və onların sərvətlərini mənimsəyirlər”, - deyə o bildirib.Qeyd edək ki, Zimbabve prezidentinin bu sözləri devrilməmişdən öncə Afrika zirvəsində çıxış edən Liviya prezidenti Muammer Qəddafini xatırladır. Belə ki, ABŞ-ın başlatdığı “ərəb baharı” 2011-ci ildə Liviyaya çatdı. Xalq kütlələrinin istefasını tələb etdiyi Qəddafi sona qədər dirəniş göstərdi və həmin ilin 20 sentyabrında etirazçılar tərəfindən öldürüldü.Devrilməsindən cəmi bir il öncə - 2010-cu ilin oktyabrında keçirilən Afrika zirvəsində Qəddafinin məşhur çıxışı hələ unudulmayıb. Həmin çıxışda Liviya lideri Amerikanı ciddi şəkildə tənqid etdi və nümunə kimi Səddam Hüseynin və İraqın taleyini göstərdi. Qəddafi Afrika ölkələrinə birləşməyi təklif edirdi. Lakin onun Qərbi açıq şəkildə tənqid etməsi devrilməsi və ölümü ilə nəticələndi.Zimbabve prezidentinin vaxtilə Qəddafinin çıxış etdiyi tribunadan Amerikanı, ümumilikdə Qərbi tənqid etməsi və İraqla yanaşı, Liviyanı da nümunə göstərməsi ortadakı bənzərliyi açıq şəkildə göstərir. Hesab etmək olar ki, onu da məhz Qəddafinin taleyi gözləyir. Lakin hər şeyi zaman göstərəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik