Qəfil yerə yıxılıb, yarım saata yaxın ürək masajı ediblər...

Qəfil yerə yıxılıb, yarım saata yaxın ürək masajı ediblər...
SOSİAL
14:55 29.09.2025
1010
Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov bu gün Bakıda idman zalında infarktdan vəfat edib.

AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, baş vermiş hadisə idman zalının kameraları vasitəsilə anbaan lentə alınıb.

Görüntülərdən məlum olur ki, Əməkdar artist məşq zalında müvazinətini itirərək yıxılıb. Onun yaxınlığındakı şəxslər dərhal kömək etməyə çalışaraq ürək masajı ediblər.

C.İmanovun ürək fəaliyyətini bərpa etmək üçün ona elektroşok da tətbiq edilib. Lakin bu prosesin 20 dəqiqə davam etməsinə baxmayaraq, 49 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb.
OXŞAR XƏBƏRLƏR