16 aprel Azərbaycanın Milli Qəhrəmanı Rizvan Teymurovun doğum günüdür.
AZXEBER.COM xəbər verir ki, Rizvan Rəhman oğlu Teymurov 1967-ci il aprelin 16-da Şuşa rayonunun Quşçular kəndində anadan olub. O, 1991-ci ildən Xüsusi Təyinatlı Milis Dəstəsinin tərkibində fədakarlıqla vuruşmuş, Dağlıq Qarabağın Qaradağlı, Sırxavənd, Umudlu, Meşəli, Cəmilli kəndlərində, habelə Xankəndində erməni quldurlarının zərərsizləşdirilməsində və tərksilah edilməsində qəhrəmanlıq nümunəsi göstərmişdir. Xankəndi və Kərkicahan ətrafındakı döyüşlərdə rəşadətlə vuruşmuşdur. O, 1991-ci il dekabrın 9-da Kərkicahan yaxınlığındakı döyüşdə qəhrəmanlıqla həlak olub. Şuşa rayonu Quşçular kəndində dəfn olunmuşdur. Bakının Nizami rayonunda küçələrin biri onun adını daşıyır.